Xidmətlər
E- Presbiopiya
Adətən 40 yaşından sonra başlayan və təbii şəraitdə gözün linzasının elastikliyini itirdiyi zaman yaranan yaxından görmə problemidir. Miyopi, hipermetropiya və astiqmatizmdən fərqli olaraq lazerlə müalicə mümkün deyil.
DAİMİ GÖZ MUAYENƏSİ
Sağlam və xoşbəxt həyat üçün ilk addım…
Görmə insanı həyata bağlayan ən mühüm elementlərdən biridir. Buna görə də müntəzəm göz müayinəsi sağlam həyat üçün ən vacib addımlardan biridir. Və unutmaq olmaz ki, gözdə olan görmə qüsurları və xəstəlikləri yalnız oftalmoloq aşkar edə bilər. Yaşı 40-dan yuxarı olan, eynək taxan və ya taxmayan yetkin şəxs heç bir şikayəti olmasa da ildə bir dəfə müayinədən keçməlidir. Uşaqlarda bu müddət həkimin tövsiyəsi ilə 6 ayda bir dəfə, hətta bəzi xüsusi hallarda daha tez-tez ola bilər. Heç bir şikayəti olmayan uşaqda 3. Yaş birinci göz nəzarəti üçün idealdır.
Ada Hospitalda göz müayinəsi ən son texnoloji cihazlar və mütəxəssis heyət tərəfindən vasvasılıqla və ətraflı şəkildə aparılır.